Yuxarı

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilib

Sənədi Prezident İlham Əliyev imzalayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə" qanunu imzalayıb. "Report" xəbər verir ki, sənədə əsasən, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:

1. 26-cı maddənin “b)” bəndi aşağıdakı redaksiyada verilsin:

“b) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər.”.

2. 130-cu maddənin beşinci və 162-ci maddənin üçüncü hissələrində “hərbi uçotdan çıxarılmaqla” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə” sözləri ilə əvəz edilsin.

3. 157-ci maddənin “b)” bəndi aşağıdakı redaksiyada verilsin:

“b) xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda.”.

4. 169-cu maddədə “hərbi uçotdan çıxarılanlardan” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılanlardan” sözləri ilə əvəz edilsin.

5. 173-cü maddədə “hərbi uçotdan çıxarılmaqla” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə” sözləri ilə əvəz edilsin və həmin maddəyə “hərbi qulluqçular” sözlərindən sonra “hərbi qeydiyyatdan və” sözləri əlavə edilsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi