“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilib

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilib Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub
Hərbi
28 Aprel , 2015 12:55
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilib

Bakı. 28 aprel. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilib. “Report” xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə ölkənin hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycandan gedə bilərlər.

Son xəbərlər

Orphus sistemi