“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik ediləcək

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik ediləcək Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirə olunacaq
Hərbi
15 Aprel , 2015 14:20
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik ediləcək

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycanın “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”sində dəyişiklik ediləcək. “Report” xəbər verir ki, layihəyə əsasən, Azərbaycan Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə ölkənin hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycandan gedə bilərlər.

Qeyd edək ki, dəyişiklik müvafiq sənədin Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmaq məqsədi ilə edilir.

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi