Yuxarı

Hərbi xidmət üzrə məhdudlaşdırma müddəti xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmayacaq

Hərbi xidmət üzrə məhdudlaşdırma müddəti xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmayacaq
Bununla bağlı Cinayət Məcəlləsinin 50-ci (Hərbi xidmət üzrə məhdudlaşdırma) yeni bənd əlavə edilir
© Report

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanda həqiqi hərbi xidmət üzrə məhdudlaşdırma müddəti həqiqi hərbi xidmətdə olan qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmayacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinin 50-ci (Hərbi xidmət üzrə məhdudlaşdırma) yeni bənd 50.4-cü bəndi əlavə edilir.

Maddənin 50.1-ci maddəsinə əsasən, hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir.

Dəyişikliyə əsasən, bundan sonra islah işləri kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunmayacaq.

Bundan başqa, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə 5 faizdən 20 faizədək məbləğdə pul tutulacaq.

Hazırki qanunvericiliyə görə isə dövlət nəfinə 5 faizdən 20 faizədək məbləğdə pul cəzaya məhkum olunmuş şəxsin qazancından tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi