“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi”nin emblemində dəyişiklik edilib

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi”nin emblemində dəyişiklik edilib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi bununla bağlı əmr imzalayıb
Hərbi
30 Sentyabr , 2016 10:21
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi”nin emblemində dəyişiklik edilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin yeni embleminin əsasnaməsi və embleminin təsviri təsdiq olunub.

Bu barədə “Report”a Cəmiyyətin icra orqanından məlumat verilib. 

Qurumdan bildirilib ki, Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov bununla bağlı müvafiq əmr imzalayıb. 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış cəmiyyət, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi