Hərbi təyinatlı bütün növ silahların reklamı qadağan olunur

Hərbi təyinatlı bütün növ silahların reklamı qadağan olunur Qanun layihəsi pirotexnik vasitələrin reklamını da qadağan edir
Hərbi
2 Fevral , 2015 21:25
Hərbi təyinatlı bütün növ silahların reklamı qadağan olunur

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda hərbi təyinatlı bütün növ silahların, texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağan edilir. 

"Report" xəbər verir ki, bu barədə məsələ "Reklam haqqında" qanun layihəsində yer alıb.

Yeni layihəyə əsasən, hərbi təyinatlı silahların və texnikanın reklamı Azərbaycanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə ola bilər.

İcazə verilmiş ov və idman silahlarının reklamı yalnız ixtisaslaşmış çap nəşrlərində, bu silahların satılması, nümayişi və sınağı üçün ayrılmış yerlərdə yerləşdirilə bilər. Qanun layihəsi pirotexnik vasitələrin də reklamını qadağan edir.

Layihə Milli Məclisin iclasında ilk oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi