Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Müdafiə Nazirliyi bəzi KİV-də hərbi texnikanın hərəkəti ilə bağlı video-görüntülər yayılması ilə bağlı açıqlama verib

    “Planlı şəkildə “Həyəcan” siqnalı ilə qaldırılaraq onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır”

    Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı video-görüntülər yayılması ilə əlaqədar açıqlama verib. 

    “Report”un xəbərinə görə, nazirlik rəsmi olaraq bildirib ki, hərbi hissələrin, döyüş texnikasının, şəxsi heyətin və digər hərbi elementlərin dislokasiya yerinin dəyişməsi, əvəzlənməsi və yenilənməsi Silahlı Qüvvələrin komandanlığının səlahiyyətləri çərçivəsindədir və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq həyata keçirilir: “Qoşunların döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə müdafiə nazirinin əmrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sərəncamına əsasən, hərbi hissə və birləşmələr planlı şəkildə “Həyəcan” siqnalı ilə qaldırılaraq onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi