Yuxarı

Hərbi prokuror: "Orduda qəsdən adam öldürmə cinayətləri 12,5 faiz, fərarilik cinayəti 66,7 faiz azalıb"

Hərbi prokuror: "Orduda qəsdən adam öldürmə cinayətləri 12,5 faiz, fərarilik cinayəti 66,7 faiz azalıb"
Qeydə alınmış cinayətlərin 100 faizi açılması təmin olunub

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalıb".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyevin "Xalq qəzeti"ndə prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə dərc olunan "Azərbaycan Prokurorluğu dövlətçiliyin və qanunçuluğun keşiyindədir" sərlövhəli məqaləsində qeyd olunur.

"Müsbət hal kimi qeyd edilməlidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin I yarımilində də hərbi xidmət əleyhinə cinayətlərin sayında azalma müşahidə edilib, qeydə alınmış cinayətlərin 100 faizi açılması təmin olunub. 2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə təkcə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 12,5 faizi, fərarilik cinayəti 66,7 faizi, hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə cinayətləri 18,3 faizi azalıb. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranması- nın, habelə mütəmadi olaraq təsdiq edilmiş birgə tədbirlər planı əsasında həyata keçirilən fəaliyyətin çox böyük əhəmiyyəti olub", - deyə məqalədə bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi