Hərbi Liseyin yaradılmasının 47-ci ildönümü qeyd edilib

Hərbi Liseyin yaradılmasının 47-ci ildönümü qeyd edilib Bakı. 20 aprel. REPORT.AZ/ Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil ocağının yaranmasının 47-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Hərbi
20 Aprel , 2018 12:11
Hərbi Liseyin yaradılmasının 47-ci ildönümü qeyd edilib
Mod.gov.az

Bakı. 20 aprel. REPORT.AZ/ Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil ocağının yaranmasının 47-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbir sıra meydanına bayrağın gətirilməsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Liseyin şəxsi heyəti, pedaqoji kollektiv, kursantların iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər hərbi təhsil ocağının tarixi və hazırda görülən işlər barədə danışıblar.

Rəsmi hissədən sonra liseyin bir qrup şəxsi heyəti təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Mərasimdən sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi