Hərbi hissəni özbaşına tərk edən əsgərin meyiti tapılıb

Hərbi hissəni özbaşına tərk edən əsgərin meyiti tapılıb Hadisə ilə bağlı cinayət işi başlanıb
Hərbi
10 Oktyabr , 2015 12:56
Hərbi hissəni özbaşına tərk edən əsgərin meyiti tapılıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Hərbi hissəni özbaşına tərk edən əsgərin meyiti tapılıb. 

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.  

Nazirlikdən bildirilib ki, oktyabrın 6-da hərbi qulluqçu əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əliyevin meyiti aşkar edilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi