Hərbi hissələrdən birində yeni inşa edilən qarovul binasının açılışı olub

Hərbi hissələrdən birində yeni inşa edilən qarovul binasının açılışı olub Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan ordusunda əsaslı təmir-tikinti və yenidənqurma işlərinin aparılması ilə bağlı plana əsasən hərbi hissələrdən birində yeni inşa edilən qarovul binasının açılışı olub.
Hərbi
31 Avqust , 2018 12:46
Hərbi hissələrdən birində yeni inşa edilən qarovul binasının açılışı olub
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan ordusunda əsaslı təmir-tikinti və yenidənqurma işlərinin aparılması ilə bağlı plana əsasən hərbi hissələrdən birində yeni inşa edilən qarovul binasının açılışı olub.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, açılışda çıxış edən Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi polkovnik Qədir Nəsibov bildirib ki, qarovul binası qısa müddət ərzində müasir standartlara uyğun inşa olunub. 

O deyib ki, burada qarovul xidmətinin yüksək səviyyədə təşkil olunması və aparılması üçün hərtərəfli şərait yaradılıb. Təyinatına uyğun olaraq zəruri inventar və avadanlıqla təmin edilən mətbəx, yeməkxana, istirahət otağı, paltar qurutma yeri, eləcə də təhlükəsizlik qaydaları tələblərinə cavab verən silah-sursat saxlancı da hərbi qulluqçuların istifadəsinə verilib.

Binaya istilik sistemi, isti və soyuq su çəkilib, siqnalizasiya və yanğın əleyhinə sistemlər quraşdırılıb.

Ərazi hər tərəfdən metal çərçivə ilə əhatə olunub, abadlıq və quruculuq tədbirləri görülüb, asfalt örtüyü döşənib və yaşıllıq sahəsi salınıb.

Son xəbərlər

Orphus sistemi