Hərbi hissələrdə “Açıq qapı günü” və andiçmə mərasimi keçiriləcək

Hərbi hissələrdə “Açıq qapı günü” və andiçmə mərasimi keçiriləcək Bakı. 5 noyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.
Hərbi
5 Noyabr , 2018 13:04
Hərbi hissələrdə “Açıq qapı günü” və andiçmə mərasimi keçiriləcək
0 : 00
0 : 00

Bakı. 5 noyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və sualları cavablandırılacaq.

Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi