​Azərbaycandakı hərbi hissələrdə "Açıq qapı günü" təşkil olunacaq

​Azərbaycandakı hərbi hissələrdə "Açıq qapı günü" təşkil olunacaq "Açıq qapı günü" oktyabrın 25-də bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün keçiriləcək
Hərbi
19 Oktyabr , 2015 12:27
​Azərbaycandakı hərbi hissələrdə Açıq qapı günü təşkil olunacaq

Bakı. 19 oktyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı günü" keçiriləcək. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

"Açıq qapı günü"ndə hərbi hissə komandanlığı ilə valideynlərin görüşünün təşkili, konsert proqramları və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi