Hərbi hissədə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

Hərbi hissədə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib Şagirdlər Silahlı Qüvvələrdə keçirilən təlimləri əks etdirən filmə baxıblar
Hərbi
28 Fevral , 2015 18:00
Hərbi hissədə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

Bakı. 28 fevral. REPORT.AZ/ Müdafiə Nazirinin təsdiq etdiyi plana əsasən Şəmkirdə yerləşən N saylı hərbi hissədə rayon təhsil müəssisələrinin şagird və tələbələrinin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbir keçirilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Rayonun 7 orta təhsil müəssisəsindən 120 nəfər şagird və onları müşayət edən müəllimləri hissə komandanlığı adından salamlayan polkovnik Elşad Əbilov onlara hərbi hissənin yaranma tarixi, döyüş yolu, ərazidə yerlşən obyektlər barədə məlumat verərək şəxsi heyətin məişət şəraiti ilə tanış edib.

Qonaqlar Silahlı Qüvvələrin təchizatında olan silah, sursat, mühəndis, rabitə cihazları və avadanlıqları, səyyar təşviqat guşələri və mənəvi-psixoloji təminat vasitələri ilə əyani şəkildə tanış olublar. Hərbi hissənin ərazisindəki Heydər Əliyev Mərkəzini ziyarət edən qonaqlara ümummilli liderin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.

Şagirdlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müxtəlif vaxtlarda hərbi hissəyə səfərlərini, Silahlı Qüvvələrdə keçirilən təlimləri əks etdirən filmə, o cümlədən "Hər birimiz Mübarizik, Fəridik!" adlı qəhrəmanlıq balladasına baxıblar.

Tədbirin sonunda qonaqlar əsgərlərə birlikdə nahar ediblər.

Son xəbərlər

Orphus sistemi