Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin sabah keçiriləcək parad üçün son məşqi olub

Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin sabah keçiriləcək parad üçün son məşqi olub Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar keçiriləcək parada hazırlıq məqsədi ilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri iyunun 25-də Bakı şəhəri üzərində növbəti uçuşlar keçirib.
Hərbi
25 İyun , 2018 11:04
Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin sabah keçiriləcək parad üçün son məşqi olub
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar keçiriləcək parada hazırlıq məqsədi ilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri iyunun 25-də Bakı şəhəri üzərində növbəti uçuşlar keçirib.

“Report”un məlumatına görə, hərbi təyyarə və helikopterlərin iştirakı ilə paradın son məşqi keçirilib.

Hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetirib.

Uçuşlar əsasən paradın keçiriləcəyi "Azadlıq" meydanının üzərindən olub.

Qeyd edək ki, Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi münasibətilə iyunun 26-da Bakıda parad keçiriləcək.

Son xəbərlər

Orphus sistemi