Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun iclası başa çatıb, protokol imzalanıb

Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun iclası başa çatıb, protokol imzalanıb Görüşdə 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub
Hərbi
18 Yanvar , 2018 15:51
Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun iclası başa çatıb, protokol imzalanıb
Report

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun Bakıda keçirilən 8-ci görüşü başa çatıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün nəticələrinə əsasən, protokol imzalanıb.

Son xəbərlər

Orphus sistemi