Yuxarı

Hərbi dənizçilər gəminin sağqalması üzrə tapşırıqları məşq etdiriblər

Hərbi dənizçilər gəminin sağqalması üzrə tapşırıqları məşq etdiriblər

Bakı. 29 iyul. REPORT.AZ/ “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq məqsədilə iştirakçı ölkələrin komandaları gəmi heyətlərinin sağqalma qabiliyyətini məşq etdiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırlıq məşqlərinin birinci mərhələsi “quru” üsulu, yəni suyun gəmiyə daxil olmaması ilə aparılıb.

Sonra gəminin şərti zədələnmiş hissəsini təqlid edən xüsusi quraşdırılmış dəliklər vasitəsilə “gəmiyə” su ötürülüb. Bu zaman gəmi heyəti müxtəlif qəza avadanlıqlarından istifadə etməklə qısa müddətdə suyun “gəmiyə” daxil olmasının qarşısının alınması üzrə tapşırıqları icra ediblər.

Məşqlərin keçirilməsində əsas məqsəd gəminin təhlükəsizliyinin təmin edilməsi, eləcə də gəminin xilas olunması üzrə heyətin bacarıq və vərdişlərinin artırılmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi