Yuxarı

Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqləri keçirilib - VİDEO

Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqləri keçirilib - VİDEO

Bakı. 7 iyun. REPORT.AZ/ Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqləri keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, məşqlərin ilkin mərhələsində gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, şəxsi heyətin üzməyə hazırlanması və döyüş uzlaşması tədbirləri icra olunub. Sonrakı mərhələlərdə gəmilər şərti düşmənin üzən minaları, dəniz və hava hədəflərini dəqiq atəşlə məhv ediblər.

Təlim məşqlərinə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi