Hərbi aviasiya vasitələri Bakı buxtası üzərində hazırlıq uçuşları keçirib

Hərbi aviasiya vasitələri Bakı buxtası üzərində hazırlıq uçuşları keçirib Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Bakı buxtası üzərində uçuşlar keçirib.
Hərbi
24 İyun , 2018 11:17
Hərbi aviasiya vasitələri Bakı buxtası üzərində hazırlıq uçuşları keçirib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Bakı buxtası üzərində uçuşlar keçirib.

“Report”un məlumatına görə, hərbi helikopterlər Azərbaycan bayrağı və üzərində ümummilli lider Heydər Əliyevin portretini daşıyıblar.

Uçuşlar əsasən paradın keçiriləcəyi "Azadlıq" meydanının üzərindən olub. Hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetiriblər.

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.

Son xəbərlər

Orphus sistemi