Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub

Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının intensiv ingilis dili kursunun növbəti buraxılışı keçirilib.
Hərbi
21 May , 2018 13:19
Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının intensiv ingilis dili kursunun növbəti buraxılışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mərasimdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev çıxış edərək məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub və məzunlarla xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi