Yuxarı
    Bağlamaq

    Hərbi Akademiyada “Azərbaycanın hərbi-sənaye potensialı” mövzusunda praktiki məşğələ keçirilib

    Dinləyicilərə nazirliyin strukturu, vəzifələri, müəssisələrdə istehsal olunan hərbi təyinatlı məhsullar haqqında məlumat verilib© Mod.gov.az

    Bakı. 14 aprel. REPORT.AZ/ Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun tədris proqramına uyğun olaraq dinləyicilər üçün Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində “Azərbaycanın hərbi-sənaye potensialı” mövzusunda praktiki məşğələ keçirilib.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Dinləyicilərə nazirliyin strukturu, vəzifələri, müəssisələrdə istehsal olunan hərbi təyinatlı məhsullar haqqında məlumat verilib. Onlar hərbi təyinatlı məhsulların istehsalı prosesi və hazır məhsullarla tanış olublar.

    Praktiki məşğələdə müasir müharibələrdə yüksək texnologiyalı silahların rolu vurğulanaraq qeyd olunub ki, ötən ilin aprel döyüşlərində Ordumuzun düşmən üzərində əldə etdiyi qələbə müdafiə sənayemizin bu cür silahların istehsalı sahəsindəki nailiyyətlərini nümayiş etdirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi