Azərbaycan ​Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş hazırlığı yoxlanılıb

Azərbaycan ​Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş hazırlığı yoxlanılıb Təlim-döyüş tapşırığının yerinə yetirilməsi poliqonda "Osa" AK(M) tipli zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib
Hərbi
7 May , 2015 20:03
Azərbaycan ​Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş hazırlığı yoxlanılıb

Bakı. 7 may. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, I Avropa Oyunları ərəfəsində ölkənin hava məkanının etibarlı qorunması məqsədilə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələrinin döyüş hazırlığı yoxlanılıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi poliqonda "Osa" AK(M) tipli zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

Tapşırığın yerinə yetirilməsi zamanı hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi