Gürcüstanın baş naziri "ADEX 2014" sərgisində Azərbaycanın pavilyonu ilə tanış olub

Gürcüstanın baş naziri "ADEX 2014" sərgisində Azərbaycanın pavilyonu ilə tanış olub Qaribaşvili Azərbaycanın məhsullarına böyük maraq göstərib
Hərbi
12 Sentyabr , 2014 17:18
Gürcüstanın baş naziri ADEX 2014 sərgisində Azərbaycanın pavilyonu ilə tanış olub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıda açılmış “ADEX 2014” beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın pavilyonu ilə tanış olub. Report xəbər verir ki, Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Gürcüstanın baş nazirinə ölkənin müdafiə sahəsindəki yeniliklərdən danışıb, eləcə də İ.Qaribaşviliyə "Gürzə-2" zirehli patrul maşınını nümayiş edib.

"Gürzə-2" "Toyota Hilux 12" pikapının bazasında istehsal olunan və 2012-ci ilin sonlarında təqdim olunan "Gürzə"nin inkişaf etdirilmiş modelidir. Əvvəlki modelindən fərqli olaraq Gürzə-2 uzaqdan idarə olunan pulemyot tureli, "gecə görmə" cihazı ilə təchiz olunub və avtomobilin mühərriki zirehlə müdafiə edilib.

İ.Qaribaşvili Azərbaycanın məhsullarına böyük maraq göstərib. Bundan sonra baş nazir sərgidə təqdim olunan digər şirkətlərin stendləri ilə tanış olub. 

Gürcüstanın baş nazirini energetika naziri Kaxa Kaladze, eləcə də həmin ölkənin güc strukturlarının nümayəndələri müşayiət edib.

Son xəbərlər

Orphus sistemi