Gürcüstanın müdafiə naziri Azərbaycana səfər edəcək

Gürcüstanın müdafiə naziri Azərbaycana səfər edəcək Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub
Hərbi
8 Mart , 2018 16:23
Gürcüstanın müdafiə naziri Azərbaycana səfər edəcək

Bakı. 8 mart. REPORT.AZ/ Martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər martın 10-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi