Yuxarı

Güləşin yunan-Roma, sərbəst növü və cüdo üzrə Azərbaycan Ordusunun növbəti birinciliyi başa çatıb - FOTO

Güləşin yunan-Roma, sərbəst növü və cüdo üzrə Azərbaycan Ordusunun növbəti birinciliyi başa çatıb - FOTO
231 hərbi qulluqçudan ibarət 14 komandanın yarışlarını Azərbaycanın Güləş və Cüdo Federasiyalarının hakimləri idarə edib

Bakı. 1 aprel. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin idman zalında güləşin yunan-Roma, sərbəst növü və cüdo üzrə Azərbaycan Ordusunun növbəti birinciliyi keçirilib.

"Report"Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışda hərbi birləşmələri, qoşun növü və qisimlərini, hərbi təhsil müəssisələrini təmsil edən idmançılar iştirak edib.

231 nəfər hərbi qulluqçudan ibarət 14 komandanın iştirak etdiyi yarışları Azərbaycanın Güləş və Cüdo Federasiyalarının beynəlxalq və respublika dərəcəli hakimləri idarə edib.

Yarışların ilk günü idmançılar yunan-Roma güləşi növündə güclərini sınamaq üçün döşək üzərinə çıxıblar. 8 çəki üzrə təşkil olunan yarışda 59 kiloqram çəkidə əsgər Vüsal Məmmədov (“Bərdə”), 66 kiloqramda əsgər Murad Məmmədov (“Bərdə”), 71 kiloqramda əsgər Ramin Cəfərov (“Şəmkir”), 75 kiloqramda əsgər İbrahim Mürsəliyev (“Beylaqan”), 80 kiloqramda əsgər Röyal Muradov (“Beyləqan”), 85 kiloqramda əsgər Şəmistan Quluzadə (“Şəmkir”), 98 kiloqramda əsgər İslam Abbasov (“Bərdə”), 130 kiloqramda kiçik çavuş Faiq Surxayev (“Sülhməramlı”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Komanda hesabında qələbəni “Bərdə” komandası qazanıb. 2-ci yerdə “Şəmkir”, 3-cü yerdə “Beyləqan” komandası qərarlaşıb. 2-ci qrup üzrə isə “Sülhməramlılar” komandası qalib gəlib.

Sərbəst güləş üzrə ordu birinciliyində də 8 çəki dərəcəsi üzrə hərbçi-idmançılar güclərini sınayıblar. Birincilikdə 57 kiloqram çəkidə leytenant Paşa Paşayev (“Bərdə”), 61 kiloqramda çavuş Nicat Musayev (“HHQ”), 65 kiloqramda əsgər Orxan İsmayılov (“Beyləqan”), 70 kiloqramda əsgər Fərrux Əliyev (“Beyləqan”), 74 kiloqramda əsgər Cahid Həsənzadə (“Bərdə”), 86 kiloqramda əsgər Sənan Vəlizadə (“Bakı”), 97 kiloqramda Süleyman Mehdiyev (“Şəmkir”), 125 kiloqramda isə kapitan Emin Qasımov (HHQ) qızıl medallara layiq görülüblər. Xal hesabına görə “Beyləqan” komandası birinci, “Bərdə” komandası ikinci, “Bakı” komandası üçüncü olub. İkinci qrup üzrə qalib gələn komanda “Artilleriya” seçilib.

Cüdo üzrə Ordu birinciliyində idmançılar 7 çəki dərəcəsində güclərini sınayıblar. Keçirilən görüşlərdə 60 kiloqram çəkidə əsgər Mehdi Zeynalov (“Bərdə”), 66 kiloqramda əsgər Əflani Qardaşxanzadə (“Şəmkir”), 73 kiloqramda əsgər Çingiz Əhmədov (“Artilleriya”), 81 kiloqramda əsgər Ramin Məməliyev (“Bakı”), 90 kiloqramda əsgər Tural Mirzağayev (“Bərdə”), 100 kiloqramda əsgər Elşən Əfəndiyev (“Bərdə”), +100 kiloqram çəki dərəcəsində əsgər Fərrux Qubadov (“Bakı”) birinci yerlərə layiq görülüblər. Hesabında olan xallara görə birinci yeri “Bərdə” komandası, ikinci yeri “Bakı” komandası, üçüncü yeri isə “Şəmkir” komandası tutub.

Yarışların yekununda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi