Goranboyda tank əleyhinə mina tapılıb

Goranboyda tank əleyhinə mina tapılıb Bakı. 24 avqust. REPORT.AZ/ Goranboyda tank əleyhinə mina tapılıb.
Hərbi
24 Avqust , 2018 03:38
Goranboyda tank əleyhinə mina tapılıb

Bakı. 24 avqust. REPORT.AZ/ Goranboyda tank əleyhinə mina tapılıb.

Bu barədə "Report"a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Belə ki, 23 avqust tarixində saat 20:39-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 20:53-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Goranboy rayonu, Nadirkənd kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Goranboy rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəmiryolu xəttinin yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd təlim məqsədli TM-62P3 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın tapıldığı yerin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi