Yuxarı
    Bağlamaq

    Goranboyda partlamamış top mərmisi aşkarlanıb

    Hazırda ANAMA ərazilərdə əməliyyatları davam etdirir

    Bakı. 2 avqust. REPORT.AZ/ Ağdam, Tərtər və Goranboy rayonlarında partlamamış hərbi sursatlar (PHS) aşkar olunub.

    Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildirilib.

    Məlumata görə, avqustun 2-də 1 ev və həyətyanı sahə, 2 əkin sahəsi, kənd yolu, 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (76 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, 10 min kv.m ərazi yoxlanılıb.

    Ağdam rayonunun Əfətli kəndində 1 ev və həyətyanı sahə və 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 6 min kv.m ərazi yoxlanılıb.

    Tərtər rayonunun Həsənqaya kəndində yolda 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 2 500 kv.m ərazi yoxlanılıb.

    Goranboy rayonunun Buzluq kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (76 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, 1 500 kv.m ərazi yoxlanılıb.

    ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

    Qeyd edək ki, ümumilikdə agentlik tərəfindən aprelin 7-dən avqustun 2-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 469 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi