Yuxarı

​"Global Firepower" hərbi güc üzrə reytinq siyahısını açıqlayıb

Azərbaycan 126 dövlət arasında 63-cü yerdədir

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan "Global Firepower" təşkilatının hərbi gücə görə açıqladığı reytinq siyahısında 126 dövlət arasında 63-cü yerdədir.

"Report" xəbər verir ki, bu haqda təşkilatın saytında bildirilib.

Məlumata görə, Türkiyə bu siyahıda 10-cu, Ermənistan 74-cü, Gürcüstan 75-ci yerdədir.

İlk üç yeri isə ABŞ, Rusiya və Çin tutur.

Reytinqin müəyyənləşdirilməsində 50 amil, o cümlədən, hərbi texnikanın sayı, insan resursları, müdafiə xərcləri, infrastrukturun miqyası nəzərə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi