Yuxarı
    Bağlamaq

    "Global Firepower"in reytinqi: Azərbaycan regionda ən güclü orduya malikdir

    Reytinqdə Azərbaycan 58-ci, Gürcüstan 82-ci, Ermənistan 93-cü yeri tutub

    Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan dünyada ən yaxşı orduların reytinqində region ölkələrini üstələyib. 

    Bu barədə "Report" "Global Firepower" beynəlxalq şirkətinin dərc etdiyi hesabata istinadən xəbər verir.

    Reytinqdə Azərbaycan 58-ci, Gürcüstan 82-ci, Ermənistan 93-cü yeri tutub. Beləliklə, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü ordunun sahibidir.

    Dünyanın ən güclü ordularının reytinqində birinci pilləni ABŞ tutub. Rusiya ikinci, Çin isə üçüncü olub. Sonrakı sıralarda Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir qərarlaşıb.

    İran bu reytinqdə 21-ci yeri tutub.

    Reytinqdə ümumilikdə 133 ölkə yer alıb.

    Reytinqin tərtib edilməsi üçün şirkət kompleks araşdırma aparıb, 50-dən çox amil, o cümlədən nüvə arsenalının olması və NATO-ya üzvlük amilləri nəzərə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi