Gizir hazırlığı kursunun növbəti məzunlarına sertifikatlar və hərbi rütbələr təqdim edilib

Gizir hazırlığı kursunun növbəti məzunlarına sertifikatlar və hərbi rütbələr təqdim edilib Bakı. 21 may. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.
Hərbi
21 May , 2018 17:42
Gizir hazırlığı kursunun növbəti məzunlarına sertifikatlar və hərbi rütbələr təqdim edilib
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, mərasimdə çıxış edənlər məzunlara doğma Vətənin müdafiəsində bundan sonra da ayıq-sayıq dayanmağı, verilən tapşırıqları peşəkar hərbçi kimi yerinə yetirməyi arzulayıb və hərbi qulluqçulara xidmətlərində uğurlar diləyiblər.

Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar və “gizir” hərbi rütbəsi təqdim edildikdən sonra xatirə şəkli çəkdirilib. 

Son xəbərlər

Orphus sistemi