"N" saylı hərbi hissədə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun doğum gününə həsr olunmuş tədbir keçirilib.
Çıxışlardan sonra tədbir iştirakçıları Səməd bəy Mehmandarovun həyat və fəaliyyətindən bəhs edən videoçarx izləyiblər.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hazırlanmış hərbi vətənpərvərlik mahnılarından ibarət konsert proqramı ilə başa çatıb.