General Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir

General Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir İlin sonunadək davam edəcək silsilə tədbirlərə artıq Silahlı Qüvvələrdə start verilib
Hərbi
19 Oktyabr , 2015 12:20
General Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir

Bakı. 19 oktyabr. REPORT.AZ/ Görkəmli hərbi xadim general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi ilə əlaqədar müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən Təşkilat Komitəsi yaradılıb. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Təşkilat Komitəsinin ilk iclasında Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində tədbirlərin keçirilməsi ilə bağlı qarşıda duran tapşırıqlar müzakirə edilib.

Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin təklifləri də nəzərə alınmaqla hazırlanan tədbirlər planına əsasən qarnizonlarda, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi birlik, birləşmə və hissələrdə, eləcə də ölkənin təhsil və mədəni-maarif ocaqlarında minlərlə hərbi qulluqçu və mülki əhalinin iştirakı ilə elmi-praktik konfrans, yubiley mərasimləri, yarış-müsabiqələri, viktorinalar, səyyar foto sərgilər və müxtəlif tədbirlər keçiriləcək.

İlin sonunadək davam edəcək silsilə tədbirlərə artıq Silahlı Qüvvələrdə start verilib.

Son xəbərlər

Orphus sistemi