​Gəncədə Silahlı Qüvvələrin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib

​Gəncədə Silahlı Qüvvələrin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib SQ-nın yeniləşmiş yay və qış geyim formaları, yataq dəstləri, mobil səhra camaşırxanası, hamam, ərzaq təhcizatındakı yeniliklər nümayiş etdirilib
Hərbi
20 Dekabr , 2014 16:35
​Gəncədə Silahlı Qüvvələrin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Gəncə şəhərində Silahlı Qüvvələrin (SQ) birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Toplantıda çıxış edənlər bildirib ki, son vaxtlar şəxsi heyətin maddi və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində işlər uğurla davam etdirilir, ordunun keyfiyyətli əşya və ərzaqla təminatına göstərilən qayğı sayəsində bu sahələrdə mühüm uğurlar qazanılır.

Hərbi hissələrdə müasir tələblərə cavab verən məişət şəraiti, hamam-camaşırxana xidməti təşkil olunub və yeni komplekslərin inşası davam etdirilir, hərbi qulluqçuların geyimlə, keyfiyyətli ərzaqla daha yükək səviyyədə təmin edilməsi üçün yeni müfaviq qaydalar, normativlər qəbul edilib.

Toplantıda Silahli Qüvvələrin yeniləşmiş yay və qış geyim formaları, yataq dəstləri, mobil səhra camaşırxanası, hamam, ərzaq təhcizatındakı yeniliklər nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi