Gəncədə şəhid kapitan İnqilab Quliyevin xatirəsi anılıb - FOTO

Gəncədə şəhid kapitan İnqilab Quliyevin xatirəsi anılıb - FOTO Gəncə şəhərində 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olan kapitan İnqilab Quliyevin xatirəsi anılıb.
Hərbi
5 Aprel , 2019 20:51
Gəncədə şəhid kapitan İnqilab Quliyevin xatirəsi anılıb - FOTO

Gəncə şəhərində 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olan kapitan İnqilab Quliyevin xatirəsi anılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında şəhid kapitanın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb və ruhuna dualar oxuyublar. 

N.Bayramov İ.Quliyevin ailəsinə başsağlığı verib, onlarla söhbət edib və problemləri ilə maraqlanıb, həmçinin söhbət zamanı qaldırılan bir sıra məsələlərin araşdırılaraq dərhal aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, İ.Quliyev 1983-cü il aprelin 13-də anadan olub. 2016-cı il aprelin 4-də Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. İki oğlu yadigar qalıb.

Son xəbərlər

Orphus sistemi