Gənc leytenantlar Azərbaycan Ordusunda xidmətə başlayıblar

Gənc leytenantlar Azərbaycan Ordusunda xidmətə başlayıblar Bakı. 30 yanvar. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.
Hərbi
30 Yanvar , 2019 17:43
Gənc leytenantlar Azərbaycan Ordusunda xidmətə başlayıblar

Bakı. 30 yanvar. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Azərbaycanın Dövlət himni oxunub.

Tədbirdə çıxış edənlər kursu bitirən məzunları leytenant ilk zabit rütbəsinə layiq görülmələri münasibətilə təbrik edərək onlara xidmətdə uğurlar arzulayıblar.

Sonda kursu müvəffəqiyyətlə bitirən kursantlara leytenant poqonları və sertifkatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi