Füzulidə 48 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Füzulidə 48 ədəd partlamamış hərbi sursat aşkarlanıb ANAMA tərəfindən 2 100 kv.m ərazi yoxlanılıb
Hərbi
24 Yanvar , 2017 14:26
Füzulidə 48 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Füzuli rayonunda 48 ədəd partlamamış hərbi sursat aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a bildirilib ki, rayonun Alxanlı kəndində otlaq sahəsində 48 ədəd partlamamış hərbi sursat (24 ədəd 82 mm-lik minaatan mərmisi (O-832), 4 ədəd PQ-9 raketinin gilizi, 1 ədəd 122 mm-lik top mərmisi (OF-462P), 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26) və 18 ədəd 5.45 çaplı patron) və 25 ədəd mina (23 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-57) və 2 ədəd piyada əleyhinə mina (OZM-72)) aşkar edilib, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.

ANAMA tərəfindən 2 100 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən yanvarın 24-dək Ağdam, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 2 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirilib, 1 288 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 15 130 kv.m ərazi yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi