Füzuli rayonunda partlamamış hərbi sursat aşkarlanıb - FOTO

Füzuli rayonunda partlamamış hərbi sursat aşkarlanıb - FOTO ​Füzuli rayonunda partlamamış hərbi sursat aşkarlanıb
Hərbi
10 Dekabr , 2016 20:54
Füzuli rayonunda partlamamış hərbi sursat aşkarlanıb - FOTO

Bakı. 10 dekabr. REPORT.AZ/ Füzuli rayonunda partlamamış hərbi sursat aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, 5-ci Zobcuq qəsəbəsi – qəsəbə ərazisindən DİN-nin əməkdaşları tərəfindən 1 ədəd partlamamış hərbi sursat (PQ-7M raket) aşkar edilərək agentliyin əməliyyatçılarına təhvil verilib. 

PHS-nin daşınması mümkün olduğuna görə, Mərkəzi Məhvetmə (MM) ərazisinə daşınıb.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel – 10 dekabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib, 4 018 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 46 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi