"Facebook"da Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb

"Facebook"da Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb Nazirliyin adından səhifə açan şəxslərə xəbərdarlıq edilib
Hərbi
5 Aprel , 2016 12:07
Facebookda Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb

Nazirliyin adından səhifə açan şəxslərə xəbərdarlıq edilib

Bakı. 5 aprel. REPORT.AZ/ Aprelin 5-dən "facebook" sosial şəbəkəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: https://www.facebook.com/www.mod.gov.az

Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin adına "facebook" sosial şəbəkəsində digər səhifələr açmış şəxslərə məlumatların bir mənbədən yayılması və mümkün dezinformasiyanın qarşısının alınması məqsədilə onların tez bir zamanda bağlanılması tələb olunur.

Son xəbərlər

Orphus sistemi