“Eternity - 2019” təlimi səhra şəraitində davam edib - FOTO - VİDEO

“Eternity - 2019” təlimi səhra şəraitində davam edib - FOTO - VİDEO “Eternity - 2019” komanda-qərargah təliminin iştirakçıları tapşırıqları səhra şəraitində icra ediblər.
Hərbi
5 Sentyabr , 2019 19:29
“Eternity - 2019” təlimi səhra şəraitində davam edib - FOTO - VİDEO

“Eternity - 2019” komanda-qərargah təliminin iştirakçıları tapşırıqları səhra şəraitində icra ediblər.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirak etdiyi təlimdə ssenariyə uyğun olaraq, Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təhlükəsizliyinin birgə təmin edilməsi, ehtimal olunan terror qruplarının təxribatlarına qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətlər praktiki olaraq yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi