Dövlət Sərhəd Xidmətinin əsgəri silahdan açılan təsadüfi atəş nəticəsində dünyasını dəyişib

Dövlət Sərhəd Xidmətinin əsgəri silahdan açılan təsadüfi atəş nəticəsində dünyasını dəyişib Fakt üzrə DSX və Respublika Hərbi Prokuror­luğu tərəfindən birgə araşdırma aparılır
Hərbi
18 Dekabr , 2015 10:49
Dövlət Sərhəd Xidmətinin əsgəri silahdan açılan təsadüfi atəş nəticəsində dünyasını dəyişib

Bakı. 18 dekabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri silahdan açılan təsadüfi atəş nəticəsində dünyasını dəyişib. DSX-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında baş verib.

Məlumata görə, əsgər Elnur Şövkət oğlu Yusifov 2015-ci ilin dekabrın 16-da saat 15:45 radələrində sərhəd xidmətində olarkən silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunan avtomat silahdan açılan təsadüfi atəş nəticəsində dünyasını dəyişib. 

Qeyd edək ki, E.Yusifov 2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Fakt üzrə DSX və Respublika Hərbi Prokuror­luğu tərəfindən birgə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi