“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi hissədə görüş keçirilib

“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi hissədə görüş keçirilib Bakı. 20 may. REPORT.AZ/ Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi “Əsgərə məktub” layihəsi çərçivəsində “N” saylı hərbi hissədə görüş keçirib.
Hərbi
20 May , 2018 12:23
“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi hissədə görüş keçirilib

Bakı. 20 may. REPORT.AZ/ Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi “Əsgərə məktub” layihəsi çərçivəsində “N” saylı hərbi hissədə görüş keçirib.

“Report” xəbər verir ki, görüşdə Gəncə şəhər Paşa Hüseynov adına Futbol Təmayüllü İnternat tipli Gimnaziyanın şagirdləri, onların müəllim və valideynləri iştirak edib.

Görüş zamanı Azərbaycan Ordusunun yaranma tarixi, hərbi hissənın keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilib, şagirdlərin hərbi qulluqçular üçün yazdıqları məktublar oxunub. Məktəblilər hərbi vətənpərvərlik mövzusunda şeirlər söyləyib və mahnılar ifa ediblər.

Əsgərlər onlara ünvanlanan məktublara cavab yazdıqdan sonra xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi