Yuxarı

Ermənistanın daha iki pilotsuz uçan aparatı məhv edilib - FOTO

Azərbaycan Müdafiə Nazirliyi zərərsizləşdirilən Krunk-25 taktiki pilotsuz uçuş aparatlarının görüntülərini yayıb

Bakı. 6 avqust. REPORT.AZ/ Cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd "Krunk-25" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

"Krunk-25" pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə olunur.

Uçuş aparatının maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60 kq, uzunluğu 3.8 metr, qanadların açılma uzunluğu 5 metr, havada qalma vaxtı 5 saat, uçuş surəti 150 km/saatdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi