Ermənistan vətəndaşı Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb

Ermənistan vətəndaşı Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb Bu barədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verib
Hərbi
23 Avqust , 2016 19:58
Ermənistan vətəndaşı Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bu il avqustun 7-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanmış Ermənistan Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç avqust 23-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.

"Report" xəbər verir ki, bu barədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Son xəbərlər

Orphus sistemi