Yuxarı
    Bağlamaq

    Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı vurulub

    Bu, gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi düşmənin ikinci pilotsuz uçuş aparatıdır

    Bakı. 12 dekabr. REPORT.AZ/ Ermənistan ordusunun daha bir pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən vurulub.

    "Report" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 12-də axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

    Bu, gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi düşmənin ikinci pilotsuz uçuş aparatıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi