Azərbaycan hərbi orkestri Moskvada keçiriləcək “Spasski qülləsi” beynəlxalq festivalında iştirak edəcək.
“Report” xəbər verir ki, tədbir cari il avqustun 23-dən sentyabrın 1-dək Moskvada Qırmızı meydanda keçiriləcək.
Bildirilib ki, festivalda Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrinin, o cümlədən Türkiyə Norveç, Çin, Koreya və Rusiyanın 20 hərbi orkestri və yaradıcı kollektivi iştirak edəcək.
Builki festivala Ermənistan kollektivi qatılmayacaq.
Qeyd edək ki, tədbir 2006-cı ilin sentyabrından keçirilir.