Əli Həsənov: "Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur"

Əli Həsənov: "Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur" "Ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır"
Hərbi
18 Noyabr , 2016 16:01
Əli Həsənov: Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur

Bakı. 18 noyabr. REPORT.AZ/ "Azərbaycan əhalisinin sayına müvafiq olaraq milli ordusunun say tərkibi, hərbi texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyəti həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yüksəkdir".

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri mövzusunda elmi məruzəsində deyib.

"Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur" - Prezidentin köməkçisi bildirib.

Son xəbərlər

Orphus sistemi