Yuxarı

Əlahiddə Ümumqoşun Orduda yarış keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda yarış keçirilib

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı istehkamçı” və “Ən yaxşı istehkamçı-kəşfiyyatçı” adı uğrunda yarış keçirilib. 

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, yarışa cəlb olunan mühəndis silahlanma vasitələrinə baxış keçirildikdən sonra hərbi qulluqçulara təhlükəsizlik qaydaları, yarışın məqsəd və mahiyyəti çatdırılıb.

Yarışda mühəndis-istehkam ixtisaslı əsgərlər piyada əleyhinə fuqas tipli və piyada əleyhinə idarəolunan tək minanın qurulması, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər. Sonra yarış iştirakçılarının nəzəri bilikləri test üsulu ilə yoxlanılıb.

Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi