Yuxarı

Əlahiddə Ümumqoşun Orduda komandirlərin toplantısı keçirilir - VİDEO

Əlahiddə Ümumqoşun Orduda komandirlərin toplantısı keçirilir - VİDEO
Məşğələlər Təlim-Tədris Mərkəzində və “Naxçıvan” poliqonunda keçirilir
© Mod.gov.az

Bakı. 17 yanvar. REPORT.AZ/ Əlahiddə Ümumqoşun Orduda birləşmə, hərbi hissə komandirləri və onların müavinləri ilə cari ilin ilk komandir toplantısı keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantının əsas məqsədi idarəetmə orqanlarının açılması, komandirlərin qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi və onlarda döyüş işinin təşkili zamanı yüksək təşkilatçılıq vərdişlərinin aşılanması, eləcə də silahlanmaya yeni daxil edilmiş silah və hərbi texnika ilə tanışlıqdır. 

Toplantı zamanı şəxsi heyətdən fiziki və taktiki hazırlıq, həmçinin topoqrafiya və rəhbər sənədlərinin tələblərini bilmələri üzrə məqbullar qəbul edilir.

Məşğələlər Təlim-Tədris Mərkəzində və “Naxçıvan” poliqonunda keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi