Yuxarı

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb - VİDEO

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb - VİDEO

Bakı. 13 noyabr. REPORT.AZ/ Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komanda-qərargah hərb oyunlarının ssenarisinə uyğun olaraq tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün Naxçıvan Qarnizonu qoşunlarının idarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Təyin edilmiş ərazilərdə birləşmə və hissələrin səfərbərliklə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.

Birləşmə və hissələrin idarəetməsini həyata keçirmək üçün ərazidə idarəetmə məntəqələri açılıb.

Noyabrın 16-dək davam edəcək komanda-qərargah hərb oyunlarında qarşıya qoyulmuş əsas məqsəd idarəetmə orqanlarının qarşılıqlı əlaqə səviyyəsinin təkmilləşdirilməsi, qərargah və xidmətlərin vahid idarəetmə orqanı kimi uzlaşmasına nail olunmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi