Yuxarı

Ehtiyatda olan zabitlərin hərbi biletlərinin formasında dəyişikliklər edilib

Ehtiyatda olan zabitlərin hərbi biletlərinin formasında dəyişikliklər edilib
Nazirlər Kabineti bu barədə müvafiq qərar qəbul edib

Bakı. 16 yanvar. REPORT.AZ/ “Ehtiyatda olan zabitin hərbi biletinin forması”nda (2 nömrəli əlavə) dəyişikliklər edilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunur.

Qərara görə, “Ehtiyatda olan zabitin hərbi biletinin forması”nda aşağıdakı dəyişikliklər edilib:

1. “Ehtiyatda olan zabitin hərbi biletinin iç üzü”ndə:

1.1. “HƏRBİ BİLET” hissəsində “AR SHXÇDX-nin __________________________idarəsi (şöbə və ya bölməsi)” sözləri “_______________________” sözləri ilə əvəz edilsin; (hərbi bileti verən orqanın adı)

1.2. 11-ci və 12-ci bəndlərdə “SHXÇDXnin __________idarəsi (şöbə və ya bölməsi)” sözləri “__________________________” sözləri ilə əvəz edilsin; (hərbi bileti verən orqanın adı)

1.3. XI bölmə üzrə:

1.3.1. 2-ci bənddə “SHXÇDX-nin rayon və şəhər idarələrinə (şöbə və ya bölmələrinə)” sözləri “hərbi bileti verən orqana” sözləri ilə əvəz edilsin;

1.3.2. 3-cü bənddən “yaşayış və ya olduqları yer üzrə SHXÇDX-nin idarələrində (şöbə və ya bölmələrində)” sözləri çıxarılsın;

1.3.3. 7-ci bənddə “yer üzrə SHXÇDX-nin rayon və şəhər idarə (şöbə və ya bölmə) rəisinə” sözləri “orqana” sözü ilə əvəz edilsin;

1.4. hərbi biletin formasının sonuna aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Ehtiyatda olan zabitin hərbi biletində “hərbi bileti verən orqan” dedikdə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş zabitlərə münasibətdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən ehtiyata keçirilmiş zabitlərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, digər zabitlərə münasibətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri nəzərdə tutulur.”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi